• Bakı 18° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Rüşvətə görə tutulan generaldan XƏBƏR VAR

HADİSƏ

30 Iyun 2022 | 16:51

Rüşvətə görə tutulan generaldan XƏBƏR VAR

“Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov barəsindəki həbs qətimkan tədbiri qərarından verilmiş şikayətə baxılıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, Ehtiram Xəlilov barəsində birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb. O, külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir.

Səbail Rayon Məhkəməsinin qərarı ilə Ehtiram Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.


SON XƏBƏRLƏR

26 Aprel 2024