• Bakı 15° C

    2.96 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.0781

Saaxta 100-lük verdi - sonra bıçaqladı

HADİSƏ

21 Aprel 2025 | 13:48

Saaxta 100-lük verdi - sonra bıçaqladı

Bakıda satıcıya saxta əskinas verib soyğunçuluq edən şəxs saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Qaradağ rayonunda yerləşən mağazaların birində baş verib.

Naməlum şəxs satıcıya 100 manatlıq saxta əskinas verməklə qalıq məbləği götürüb. Lakin pulun saxta olduğu aşkarlandıqda ona kəsici-deşici alətlə xəsarət yetirərək hadisə yerindən qaçıb.

Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı T.Vəliyev müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Nərimanov rayonunda yerləşən köşklərin birindən 200 manat pul vəsaitini oğurlayan 19 yaşlı Ş.Həsənzadə də saxlanılıb.

Araşdırma aparılır.


SON XƏBƏRLƏR