• Bakı 25° C

    5.72 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Sabah yağış yağacaq

CƏMİYYƏT

02 Avqust 2023 | 12:50

Sabah yağış yağacaq

Azərbaycanda iyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi 8-13 m/s, səhər 15-20 m/s, axşam arabir 23-25 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 30-35° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz əsasən şimal və qərb rayonlarında arabir şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026