• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Mobil telefonlara kiberhücumların sayı ARTDI

CƏMİYYƏT

01 Sentyabr 2023 | 12:49

Mobil telefonlara kiberhücumların sayı ARTDI

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda mobil telefonlara kiberhücumların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Global Research and Analysis Team” (GreAT) şirkətinin departament rəhbəri Dmitri Qalov Bakıda keçirilən "Kaspersky"nin kiber bilik günü"nə ("Kaspersky Cyber ​​Knowledge Day) həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, daha çox kiberhücum "Minecraft" oyunu üzrə gizli reklamlardan olur: "İkinci yerdə iş elanlarına aid tətbiqlər, üçüncü yerdə isə mesencerlərin "Casus" proqramları qərarlaşıb".

D.Qalov qeyd edib ki, Azərbaycanda adi istifadəçilərin 32 %-i lokal təhlükələrlə üzləşib.

"Korporativ istifadəçilərin 24 %-i yerli təhlükələrə məruz qalıb. Korporativ istifadəçilərin 17 %-i internet təhlükələri ilə qarşılaşıb, 17 %-i isə e-poçt spamının payına düşür. İstifadəçilərin fişinq səhifələrinə keçməsi üçün 534 min cəhd edilib. Mobil cihazlara 224 min hücum olunub", - deyə o əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026