• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Sabiq baş pediatr intihar edib, cinayət işi başlanıb  - YENİLƏNİB

HADİSƏ

24 Aprel 2024 | 17:06

Sabiq baş pediatr intihar edib, cinayət işi başlanıb  - YENİLƏNİB

Sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.

Hadisənin baş vermə şəraiti, səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

***

14:22

Baş Prokurorluq sabiq baş pediatr Nəsib Quliyevin ölümü ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən Bakıvaxtı.az-a  bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

***

14:19

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib.

Bakıvaxtı.az  bu barədə News365.az-a istinadən xəbər verir.

Məlumata görə, o, özünü güllələyib.


SON XƏBƏRLƏR

26 Iyul 2024