• Bakı C

    7.23 m/s

  • USD - 1.7

    EUR - 1.771

    RUB - 1.9004

Sabiq sədr müavininin vəzifəli qızı da işdən çıxarıldı

CƏMİYYƏT

03 Mart 2025 | 11:33

Sabiq sədr müavininin vəzifəli qızı da işdən çıxarıldı

“Bakı Metropoliteni” QSC-nin Marketinq şöbəsinin rəhbəri Lalə Babayeva işdən çıxarılıb.

Bakıvaxtı.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov Əmr imzalayıb. 

Xatırladaq ki, 6 il əvvəl L. Babayeva təmsil etdiyi qurumun problemlərinin səbəbi kimi kəndlərdən gələnləri göstərməklə sosial şəbəkələrdə narazılıq dalğası yaratmışdı. “Çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı”, - deyə o, qalmaqallı şərhində bildirmişdi. Daha sonra isə yazdıqlarının düzgün anlaşılmadığını bildirərək üzr istəmişdi.

Qeyd edək ki, Lalə Babayeva 2015-ci ildən “Bakı Metropoliteni” QSC sədrinin müavini olmuş Zaur Babayevin qızıdır. Z. Babayev əvvəllər “Bakıelektrikşəbəkə” ASC-də çalışıb. O, “Bakı Metropoliteni” QSC-nin sabiq sədri Zaur Hüseynovla birlikdə çalışıb və yaxın dostluqları ilə tanınırlar.


SON XƏBƏRLƏR