• Bakı 20° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Sabir Zeynalov Avropa üçüncüsü oldu

İDMAN

20 May 2022 | 00:17 | Müəllif: Subhan Mahmudov

Sabir Zeynalov Avropa üçüncüsü oldu

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatında bürünc medal qazanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, 58 kq-da çıxış edən idmançı mübarizəyə 1/4 finaldan başlayıb. Bu mərhələdə özbəkistanlı Sanjarbəy Muntorova qalib gələn Zeynalov yarımfinala adlayıb və bürünc medalı təmin edib.

Finala gedən yolda onun rəqibi türkiyəli Əli Özcan olub. Rəqibinə uduzan Azərbaycan təmsilçisi 3-cü yerlə kifayətlənib.

Qeyd edək ki, 47 kq-da mübarizə aparan qadın parataekvondoçu Röyalə Fətəliyeva isə startda Türkiyə idmançısı Nurcihan Ekinci ilə dueldən məğlub ayrılaraq, medalsız qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026