"Qarabağ"ın komandada icarə əsasında çıxış edən Luka Quqeşaşvilinin Polşa "Yagelloniya"sından birdəfəlik transfer edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Gürcüstan millisinin də üzvü olan Luka Quqeşaşvili bu ilin yanvarından "Qarabağ"da oynayır.
















