"Arsenal" futbolçusu Edvard Nketia ilə müqaviləsini uzadıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. İngilis hücumçu 2027-ci ilə qədər yeni sözləşməyə qol çəkib.
Qeyd edək ki, Nketia "Arsenal"ın akademiyasının məzunudur. O, klubda 92 oyunda 23 qol vurub.
















