• Bakı 18° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Salah "Real"a qarşı zədəli halda oynayıb

İDMAN

18 Iyun 2022 | 18:51 | Müəllif: Subhan Mahmudov

Salah "Real"a qarşı zədəli halda oynayıb

"Liverpul"un futbolçusu Məhəmməd Salah Çempionlar Liqasının finalında "Real"la matçda zədə ilə oynayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Misir millisinin həkimi Məhəmməd Əbu Əl El Elah danışıb. O deyib: 

“Salah İngiltərə Kubokunun finalında sıradan çıxmışdı. Budun adduktor əzələlərinin zədələnməsi idi. Daha sonra Çempionlar Liqasının finalında da "Real"a qarşı oynadı. Bütün bunlar cəmi 14 gün ərzində oldu. Statistikaya baxdıq və Məhəmməd bu mövsüm oynadığı dəqiqələrin sayına görə ikinci futbolçudur. Milli komandaya gələndə “Liverpul” ona dedi ki, ağrıları var, rentgen çəkdirək. O, 100 faiz hazır deyildi. Salahın zədəsini ağırlaşdırma riski olmadan oynaya biləcəyinə əminlik yox idi".

Qeyd edək ki, ÇL-in finalında "Real" "Liverpul"a qalib gəlib - 1:0.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR