• Bakı 24° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Şabran sakinindən metamfetamin aşkar edilərək götürülüb

HADİSƏ

07 Oktyabr 2021 | 10:56

Şabran sakinindən metamfetamin aşkar edilərək götürülüb

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov məlumat verib.

O bildirib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Vicay Rəsulov saxlanılıb. Həmin şəxsin üzərinə və özünə məxsus avtomobilə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı istintaq aparılır.


Şabran sakinindən metamfetamin aşkar edilərək götürülüb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026