• Bakı 15° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Sabunçuda yeniyetmə qız itkin düşdü

CƏMİYYƏT

12 Oktyabr 2023 | 09:01

Sabunçuda yeniyetmə qız itkin düşdü

Bakının Sabunçu rayonunda 15 yaşlı qız itkin düşüb.

Bakıvaxtı.az xəbər verir ki, 2008-ci il təvəllüdlü Aydan Əsədova sentyabrın 15-də evdən çıxaraq bir daha geri qayıtmayıb.

Ailə üzvlərinin verdiyi məlumata görə, A.Əsədova əvvəllər də dəfələrlə evdən çıxıb gedib, lakin bir neçə gündən sonra geri dönüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026