• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Şagirdlərə YENİ QADAĞA

CƏMİYYƏT

20 Oktyabr 2022 | 15:15

Şagirdlərə YENİ QADAĞA

Uzun saçları olan şagirdlərə saçı açıq şəkildə məktəbə gəlməyə icazə verilməyə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” ilə bağlı layihədə qeyd olunub.

Həmçinin bildirilib ki, şagirdlər şəxsi gigiyena qaydalarına riayət etməli; dərs zəngindən əvvəl üst geyimi (palto, papaq, kapüşonlu jaket və s.) çıxarmalı; ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarına aid qaydalara riayət etməli (məktəbli forması, ayaqqabı və s.); geyim səliqəli və təmiz olmalı; uzunluğu çiyindən aşağı olan saçları səliqəli şəkildə arxadan toplamalı; fiziki tərbiyə dərsləri üçün məktəbin geyim qaydalarına riayət etməlidirlər.

Qaydalarda eyni zamanda, şagirdlərə qadağan olunan məsələlər də əksini tapıb. Qeyd edilib ki, şagirdlərə çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal qadağandır.

Ümumi təhsil müəssisələrindən yuxarıda qeyd olunanlara bağlı daxili qaydalar tərtib etmələri tələb olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026