• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sahibə Qafarova Koreyaya getdi - FOTOLAR

CƏMİYYƏT

31 Oktyabr 2023 | 12:35

Sahibə Qafarova Koreyaya getdi - FOTOLAR

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 31-də Koreya Respublikasının paytaxtı Seul şəhərinə rəsmi səfərə gedib.

Bakıvaxtı.az xəbər verir ki, nümayəndə heyətinə Milli Məclisin Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Malik Həsənov, deputatlar Afət Həsənova, Anar Məmmədov, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.

Seulun “Gimpo” Beynəlxalq hava limanında nümayəndə heyətini Koreya parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Suh Byunq Su, Azərbaycanın Koreyadakı səfiri Ramin Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.
 


Sahibə Qafarova Koreyaya getdi - FOTOLARSahibə Qafarova Koreyaya getdi - FOTOLARSahibə Qafarova Koreyaya getdi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR