• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Şahin Mustafayev Overçukla görüşdü

SİYASƏT

08 Dekabr 2023 | 22:35

Şahin Mustafayev Overçukla görüşdü

Moskvada Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ilə Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun görüşü olub.

Bakıvaxtı.az xəbər verir ki, tərəflər Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının işinin gündəliyinə daxil olan ikitərəfli ticari-iqtisadi əməkdaşlığın aktual məsələlərini nəzərdən keçiriblər.

Hökumətlərarası Komissiyanın həmsədrləri ikitərəfli əməkdaşlığın səmərəliliyini təsdiqləyən ticarət inkişafının müsbət dinamikasını vurğulayıblar. Görüşdə Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsinin artımının 2023-cü ilin yanvar-oktyabr aylarında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz təşkil etdiyi qeyd olunub.

Tərəflər Rusiya-Azərbaycanın münasibətlərin bütün istiqamətlər üzrə möhkəmlənməsinə yönələn konstruktiv dialoqun davam etdirilməsinə hazır olduqlarını təsdiqləyiblər.


SON XƏBƏRLƏR

26 Iyul 2024