• Bakı 11° C

    5.31 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Şahmat robotu azyaşlının barmağını qırıb - VİDEO

CƏMİYYƏT

25 Iyul 2022 | 12:01 | Müəllif: Qalib İbrahimoğlu

Şahmat robotu azyaşlının barmağını qırıb - VİDEO

Moskvada keçirilən şahmat turnirində istifadə edilən şahmat robotu yeddi yaşlı oğlanın barmağını sındırıb.

Bakıvaxtı.az-ın TASS-a istinadən məlumatına görə, bunu Moskva Şahmat Federasiyasının prezidenti Sergey Lazarev deyib. Olay haqqında danışan Lzerev "bu, kədərli hadisə idi" deyib.

Ötən həftə baş verən hadisə ilə bağlı sosial mediada paylaşılan videoda uşaq hərəkət edərkən robotun rəqibinin daşlarından birini götürdüyü, daha sonra isə barmağını tutduğu görünür. Ağrılar içində olan uşaq dörd nəfərin köməyi ilə robotun "əlindən" xilas edilib.

Lazarev bu robotun uzun müddətdir istifadə edildiyini və indiyədək heç bir problemlə qarşılaşmadıqlarını bildirib.

Oğlan turniri barmağında gipslə davam etdirib.

 

Aytac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026