• Bakı 9° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ürəyində, təzyiqində problem olanlar analizi verməlidir

CƏMİYYƏT

24 Avqust 2022 | 07:44 | Müəllif: Qalib İbrahimoğlu

Ürəyində, təzyiqində problem olanlar analizi verməlidir

Ürək-damar xəstəliklərinin yaranmasında təkanverici faktorlardan biri də sidik turşusudur.

Bakıvaxtı.az xəbər verir ki, sidik turşusunun cüzi artması təzyiqi qaldırır.

Sidik turşusu hipertoniya, infarkt, insult, böyrək xəstəliklərinin səbəbidir.

Kişilərdə sidik turşusunun qanda miqdarı 400 mkmola qədər, qadınlarda isə 360-dan az olmalıdır. Bundan yuxarı olduqda bu hal artıq hiperurikemiya adlanır və çox təhlükəlidir.

Uzun müddət sidik turşusu çoxluğu podaqra yaradır, müxtəlif orqanlarda kristalların yığılması və fibrozuna səbəb olur (medicina.az). Böyrək və sidik yollarında daş yaradır.

Sidik turşusu damarların endotelini zədələyir, damarların içini daraldır, böyrəklərin funksiyasını pozur.

Arteriyalarda ateroskleroz, ürəyin işemik xəstəliyini aktivləşdirir.

Ona görə də ürəyində, təzyiqində problem olanlar mütləq bu analizi verməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR