• Bakı 20° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Payız fəsli Azərbaycana daxil oldu

CƏMİYYƏT

23 Sentyabr 2022 | 05:03

Payız fəsli Azərbaycana daxil oldu

Azərbaycana payız fəsli daxil olub.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Bakıvaxtı.az-a verilən məlumata görə, bu il payız fəsli Azərbaycana sentyabrın 23-də, Bakı vaxtilə saat 05:03-də daxil olub.

Payız gecə-gündüz bərabərliyi ilə Yer kürəsinin Şimal yarımkürəsində payız fəsli başlayıb. Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayıb.

Qeyd edək ki, Şimal yarımkürəsində payız fəsli dekabrın 22-nə qədər davam edəcək. Dekabrın 22-si saat 01:48-də qış fəsli payızı əvəz edəcək.

Aytac Aslan


SON XƏBƏRLƏR