• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şamil Ayrımdan səhhəti ilə bağlı açıqlama

CƏMİYYƏT

04 Noyabr 2022 | 00:15 | Müəllif: Subhan Mahmudov

Şamil Ayrımdan səhhəti ilə bağlı açıqlama

Bir müddət öncə Zəngilan hava limanına gedərkən qəzaya düşən Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım səhhəti ilə bağlı açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, xəstəxanada Ş.Ayrımı ziyarət edən tanınmış iş adamı Hüseyn Böyükfırat Feysbuk səhifəsində bununla bağlı paylaşım edib.

Türkiyəli deputat səhhətinin qənaətbəxş olduğunu, müsbətə doğru dəyişdiyini bildirib:

“Bu zaman ərzində Azərbaycandan mənə zəng edən, maraqlanan dost və qardaşlarıma, Azərbaycan xalqına dərin təşəkkürümü bildirirəm. Biz bir kökün budaqlarıyıq, Qarabağ bizim üçün çox önəmlidir. Xatirələrimizi yazarkən qəza keçirdiyimizi xatırlayacağıq. Baş nazirimizin də səhhəti normaldır. Allah hər birinizdən razı olsun, ən qısa zamanda birlikdə işimizə qayıdacağıq”.

Xatırladaq ki, B.Yıldırım və Ş.Ayrım oktyabrın 20-də Cəbrayıldan Zəngilan Beynəlxalq Hava Limanına qayıdarkən qəzaya uğrayıb. Yıldırım və Ayrım qəza zamanı nəzarət məqsədi ilə sağlamlıq qruplarının müşayiəti ilə helikopterlə paytaxt Bakıdakı xəstəxanaya aparılıb, daha sonra isə Türkiyəyə göndəriliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026