• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin abidəsi ucaldılacaq

SİYASƏT

02 Aprel 2024 | 19:26 | Müəllif: Subhan Mahmudov

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin abidəsi ucaldılacaq

Dahi bəstəkar Üzeyir Hacıbəylinin abidəsi onun 20-ci əsrin əvvəllərində təhsil aldığı Sankt-Peterburqda ucaldılacaq.

Bakıvaxtı.az şəhər administrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Bakıda rəsmi səfərdə olan Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə deyib.

"Biz Sankt-Peterburqda Üzeyir Hacıbəylinin abidəsinin ucaldılması üzərində işləyirik. Abidənin təntənəli açılışı 2025-ci ilin sentyabrında, onun anadan olmasının 140 illiyində baş tutacaq", - qubernator bildirib.

Qeyd edək ki, Üzeyir Hacıbəyli (1885-1948) 1913-cü ildə Sankt-Peterburq Konservatoriyasında təhsil alıb. Bu müddətdə o, “Arşın mal alan” musiqili komediyasını yazıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR