• Bakı 14° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

“Sarı jiletlər” Makronun portretini QR-kodla əvəz ediblər

CƏMİYYƏT

04 Avqust 2021 | 12:40

“Sarı jiletlər” Makronun portretini QR-kodla əvəz ediblər

 “Sarı jiletlər” hərəkatının 2 üzvü Fransanın Bezanson şəhərində etiraz aksiyası keçirərək meriyanın binasında Prezident Emmanuel Makronun şəklini sanitar buraxılış sənədlərinin üzərində əks olunan QR-kodla əvəz edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti yazıb.

Məlumata görə, etirazçılar daha sonra meriya binasını tərk edərək prezidentin portretini cırıblar. Şəklin parçalarını isə yaxınlıqda yerləşən məhkəmə binasının mühafizəçilərinə təqdim ediblər.

Bezanson meriyası prezidentin əvvəlki portretinin yerində dərhal yeni portetin asıldığını, bundan başqa baş vermiş hadisə ilə bağlı polisə müraciət edildiyini açıqlayıb. Prokurorluqda dövlət əmlakının oğurlanması və məhv edilməsi, həmçinin hakimiyyət nümayəndəsinin təhqir olunması şübhəsi ilə əlaqədar araşdırmalara başlayıb.

Aytac Aslan

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR