• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Köməksiz vəziyyətdə qalan 4 nəfər xilas edildi

CƏMİYYƏT

02 Sentyabr 2021 | 21:46 | Müəllif: Subhan Mahmudov

Köməksiz vəziyyətdə qalan 4 nəfər xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov və Səbail rayonlarında 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıblar.

Bu barədə Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir.

Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hər iki vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər;

Digər bir məlumata əsasən, Sumqayıt şəhərində 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR