• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Saxta spirtli içkilər hazırlayan sex aşkarlandı - VİDEO

HADİSƏ

18 Noyabr 2022 | 11:14

Saxta spirtli içkilər hazırlayan sex aşkarlandı - VİDEO

Nərimanov rayonunda yaşadığı evdə gizli sex yaradaraq saxta spirtli içkilər hazırlayan şəxs saxlanılıb Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxta spirtli içkilər hazırlayan şəxs saxlanılıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Xəbərə görə, daxil olan əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Nərimanov rayonunda yaşayan Samir Qurbanov tutulub. Onun evində yaratdığı gizli sexə baxış zamanı kustar üsulla hazırladığı xeyli sayda araq, tekila, həmçinin müxtəlif adlar altında qablaşdırılmış saxta spirtli içkilər, qapaqlar, texniki spirt və sair maddi sübutlar aşkar olunaraq götürülüb. Aşkar edilən saxta spirtli içkilərin ekspertizası zamanı müəyyən edilib ki, həmin məhsullar istifadəyə yararsızdır.

Faktla bağlı 16-cı Polis Bölməsində toplanan matetriallar Nərimanov Rayon Polis İdarəsinə göndəərilib, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Saxta spirtli içkilər hazırlayan sex aşkarlandı - VİDEOSaxta spirtli içkilər hazırlayan sex aşkarlandı - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026