• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Səbuhi Məmmədli Yeni Klinikaya köçürüldü - YENİLƏNİB

CƏMİYYƏT

12 Yanvar 2024 | 13:37

Səbuhi Məmmədli Yeni Klinikaya köçürüldü - YENİLƏNİB

Tanınmış jurnalist Səbuhi Məmmədli Yeni Klinikaya köçürülüb.

TƏBİB-dən Bakıvaxtı.az-a verilən məlumata görə, hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

***

12:02

Tanınmış jurnalist Səbuhi Məmmədli 12.01.2024-cü il tarixində saat 10:25 radələrində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

TƏBİB-dən Bakıvaxtı.az-a bildirilib ki, qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub və Reanimasiya şöbəsinə yerləşdirilib.

Kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir.

Qeyd edək ki, Səbuhi Məmmədli "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı" çərçivəsində hemodializ müalicəsi alır.

***

11:06

Jurnalist Səbuhi Məmmədlinin vəziyyəti yenidən pisləşib. 

Bakıvaxtı.az xəbər verir ki, jurnalist bu gün səhər saatlarında ağır vəziyyətdə Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılıb. Lakin jurnalistin vəziyyəti ağır olduğu üçün xəstəxana onu qəbul etməyib. Bildirilib ki, o, reanimasiya şəraitində dialezə qoşulmalıdır və bu şərait həmin xəstəxanada yoxdur. Məsləhət görülüb ki, onu "Zəfəran" klinikasına aparsınlar. 

Əlacsız qalan jurnalist "Zəfəran" klinikasına aparılıb. Həmin klinika da xəstəni qəbul etməkdən imtina edib. 

Ailəsi jurnalisti yenidən Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gətirib. 

TƏBİB-dən bildirilib ki, jurnalistə Respublika Klinik Xəstəxanasında ilkin yardım göstərilir./Lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026