• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Seda Sayan azərbaycanlı xanəndənin səsinə heyran qaldı - VİDEO

MƏDƏNİYYƏT

11 Iyul 2023 | 10:28

Seda Sayan azərbaycanlı xanəndənin səsinə heyran qaldı - VİDEO

Türkiyəli məşhur müğənni Seda Sayan azərbaycanlı xanəndə Pərviz Qasımovun səsinə heyran qalıb.

Bakıvaxtı.az xəbər verir ki, müğənni Türkiyədə öz verilişinə xanəndəni də dəvət edib.

Pərviz Qasımovdan bir ifa səsləndirməsini xahiş edən Seda Sayan onun səsini heyranlıqla dinlədikdən sonra çox bəyəndiyini vurğulayıb.

"Möhtəşəmsən, Pərviz. Təkrar çox təşəkkür edirəm. Həyat yoldaşına salamımı çatdır. Övladlarını öp mən əvəzdən. Azərbaycan, sevirik sizi",- deyə Seda Sayan bildirib.

Qeyd edək ki, Pərviz Qasımov qonaq olduğu proqramların birində verilişə necə qatılmağını açıqlayıb: "Ortaq bir dostumuz var. O, bir videomu göndərmişdi Türkiyəyə. Çox bəyənildi. Bundan əvvəl də bir neçə dəfə Türkiyədə verilişlərdə iştirak etmişəm. Seda Sayanı uşaqlığımdan sevirəm".

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026