• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Şəffaf ekranlı noutbuk- Arxasındakı obyektlər görünəcək

MULTİMEDİA

26 Fevral 2024 | 18:05

Şəffaf ekranlı noutbuk- Arxasındakı obyektlər görünəcək

"Lenovo" şirkəti şəffaf ekranlı noutbuk təqdim edib.

Bakıvaxt.az xarici mətbuata istinadla xəbər verir ki, MWC 2024 sərgisində nümayiş olunub.

Aparatla tanış olan jurnalistlərin sözlərinə görə, təqdim olunan qurğu tam şəffaflaşa bilən displeyə malikdir ki, istifadəçi ekranın arxasındakı obyektləri görə bilsin.

Kompüterlə işləyərkən şəffaflıq dərəcəsi tənzimlənə bilər. Cihaz 720 piksel təsvir ölçülü 17,3 düymlük MicroLED ekrana malikdir.

"Lenovo" nümayəndələrinin sözlərinə görə, onlar hazırda daha yüksək təsvir ölçüsünə malik şəffaf panel hazırlaya bilmirlər. Şirkət belə bir cihazın cihazın ekranının arxasında yerləşən obyektlərdən rəsm çəkə bilən rəssamlar üçün faydalı olacağını bildirib.

Kompüterdə toxunma klaviaturası var ki, o da nəhəng "trackpad" və stilus üçün səthə çevrilə bilər. Şirkət noutbukun yaxın vaxtlarda satışa çıxmayacağını qeyd edib, lakin yaxın beş ildə belə noutbukların bazarda öz yerini alacağını proqnozlaşdırıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

07 Sentyabr 2024