• Bakı 12° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şəhid Eşqin Omarov Ağstafada dəfn olundu

CƏMİYYƏT

17 Sentyabr 2022 | 17:34

Şəhid Eşqin Omarov Ağstafada dəfn olundu

Azərbaycan Ordusunun ermənilərin sərhəddə törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən şəhid olan əsgəri Eşqin Omarov dəfn edilib.

Bakıvaxtı.az xəbər verir ki, şəhid Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində torpağa tapşırılıb.

Mərhumla vida mərasimi ailəsinin yaşadığı evə keçirilib.

Vida mərasimindən sonra şəhid Aşağı Kəsəmən kənd qəbiristanlığında dəfn olunub.

Mərasimdə rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, E.Omarovun ailə üzvləri və kənd sakinləri iştirak ediblər.

Qeyd edək ki, Omarov Eşqin Nəsib oğlu 2003-cü ildə Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində anadan olub. E.Omarov 1 ilin əsgəri olub.

Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Azərbaycan Silahlı Qüvvələri adekvat cavab tədbirləri görüb.

Ermənistanın Baş naziri Nikol Paşinyan bu hadisələr zamanı ölkəsinin 135 hərbçi itirdiyini etiraf edib.

Hazırda sərhəddə vəziyyət sabitdir, atəşkəsə əməl olunur.

Xatırladaq ki, Ermənistan ordusunun törətdiyi təxribatların qarşısının alınması zamanı Azərbaycan Silahlı Qüvvələrinin 79 hərbi qulluqçusu şəhid olub, 282-i yaralanıb. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026