İki ildən artıqdır ki, koronavirusla mübarizə aparan dünya İngiltərədən gələn xəbərlərdən danışır.
Bakıvaxtı.az-ın xarici mətbuata istinadla xəbərinə görə, Oksford Universitetinin alimləri “Bəzi insanlar niyə koronavirusa yoluxmur” sualına cavab verə biləcək araşdırmanın nəticələrini açıqlayıblar.
Qeyd edək ki, 2019-cu ilin son aylarında həyatımıza daxil olan koronavirus (COVID-19) bütün dünyada milyonlarla insanın həyatına son qoyub. Bəzi vərdişlərimizi geridə qoymağımıza səbəb olan virus, belə demək mümkünsə, qabığını dəyişməyə davam edir.
Bir çox ölkə daha yoluxucu, lakin daha az ölümcül “Omikron” variantından sonra istirahət etmək qərarına gəlsə də, dünya epidemiya başlayandan bəri “Bəzi insanlar niyə koronavirusa yoluxmur ” sualına cavab axtarır.
İngiltərənin aparıcı təhsil ocaqlarından biri olan Oksford Universitetində aparılan araşdırmalar bu suala cavab tapmış ola bilər.
Britaniyalı tədqiqatçılar müəyyən mutasiyaya malik insanların peyvənd olunduqdan sonra daha çox antikor reaksiyası meydana gətirdiyi qənaətinə gəliblər.
“Daily Mail” araşdırmanın nəticələrindən istinadən bildirir ki, təxminən 10 adamdan 3-də HLA-DQB1*06 kimi tanınan gen var və sözügedən gen COVID peyvəndlərindən sonra insanlarda daha çox antikor istehsalına səbəb olur.
Başqa sözlə desək, bu geni daşıyan insanlar peyvənddən sonra daha intensiv müdafiəyə malik olduqları üçün virusa yoluxma ehtimalı azdır.
Aparıcı tədqiqatçı doktor Alexander Mentzer, onların nəticələrinin genetik kodumuzun zamanla bunun baş vermə ehtimalına təsir göstərə biləcəyini göstərdiyini qeyd edərək, "Biz insanların peyvənddən sonra COVID üçün nə qədər tez müsbət test etmələri ilə bağlı geniş dəyişikliklər gördük" deyib.
Tədqiqat çərçivəsində elm adamları Pfizer-BioNTech və ya Oxford-AstraZeneca peyvəndinin ilk dozasını alan 1600 yetkinin qan nümunələrini araşdırıb. Komanda sözügedən genə sahib olanların qanında daha çox antikor olduğu qənaətinə gəlib. Qısa müddətdə elm dünyasının bir nömrəli gündəminə çevrilən araşdırmanın nəticələri Nature Medicine jurnalında dərc olunub.
Digər tərəfdən, ölkənin epidemiya ilə bağlı ən nüfuzlu qurumu olaraq göstərilən ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) dərc etdiyi məlumatlar peyvənd müzakirələrinə son qoydu.
CDC son hesabatı ilə vaksinin xalis faydasını bir daha ortaya qoyub.
CDC, peyvənd olunmayan insanların koronavirusdan ölmə ehtimalının 9 dəfə çox olduğunu açıqlayıb.
Johnson & Johnson peyvəndi tədqiq edildikdə, hər 100 min nəfərə 0,23 ölüm qeydə alınıb. Peyvənd olunmayan və ya gücləndirici dozası olmayanlarda bu nisbət 1,6 olub.
Bu araşdırma ilə peyvənd əleyhdarlarının peyvəndlərin ölümlərin qarşısını almaqda heç bir təsiri olmadığı iddiası təkzib olunub.
Aytac Aslan




jpeg-1668601925.webp)











