Fransanın Azərbaycana qarşı tutduğu qərəzli mövqe xalqımız tərəfindən hiddətlə qarşılanır.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib. “Makron əslində Senatda qəbul edilmiş olan qətnamənin müəllifidir. Bu qətnamədə Azərbaycan ərazi bütövlüyü şübhə altına alınır. Beləliklə, Fransa Ermənistan separatizminin tərəfindən çıxış etməyini açıq şəkildə bəyan edir. Daim Ermənistanın yanında olan Fransa əvvəllər, Azərbaycana qarşı olan nifrət münasibətini nisbətən zəif göstərsə də, Makronun dövründə özünü daha çox büruzə verdi. Fransa ilə münasibətlərimizə yenidən baxılsın. Bizim səfirliyimiz ordan geri çağırılsın. Bu cür faşist ölkə ilə münasibətlərin qorunub saxlanılmasına ehtiyac yoxdur” – deyə, deputat bildirib.
Nuranə Daxilqızı
















