• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Monotorinq qrupunun yataqlara yerində baxış keçirməsinə şərait yaradılmayıb

CƏMİYYƏT

16 Dekabr 2022 | 13:29 | Müəllif: Qalib İbrahimoğlu

Monotorinq qrupunun yataqlara yerində baxış keçirməsinə şərait yaradılmayıb

İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Ddövlət Xidməti və “Azergold” QSC-in nümayəndələrindən ibarət heyət Rusiya sülhməramlılarının qərargahında görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Monitorinq qrupunun rəhbəri Məsim Məmmədov bildirib.

Onun sözlərinə görə, görüşdə bir daha qeyd olunub ki, təqdim edilmiş yol xəritəsinə uyğun olaraq “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış həyata keçirilməli, müvafiq monitorinq və inventarizasiya işlərinin təşkili məsələləri həllini tapmalıdır. Monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmyıb.

Monitorinq qrupu üzvləri tərəfindən bir daha qeyd edilib ki, yataqların qanunsuz istismarı dayandırlmalı, ərazi kompleks monitorinq işləri həyata keçirilməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026