• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tokioya gedən təyyarə Bakıda təcili eniş etdi

CƏMİYYƏT

15 Yanvar 2023 | 10:52 | Müəllif: Subhan Mahmudov

Tokioya gedən təyyarə Bakıda təcili eniş etdi

Türk Hava Yollarına məxsus İstanbul-Tokio reysini həyata keçirən hava gəmisi kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə Bakıvaxtı.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

Boinq 777 təyyarəsi yerli vaxtla saat 07:15-də Bakı hava limanına enib.

Sərnişinə tibbi yardım göstərilib, onun Bakıdakı klinikalardan birinə yerləşdirilməsinə qərara alınıb.

Təyyarə saat 09:30-da Bakıdan Tokioya qalxıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026