• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Xilasedicilərimiz 51 nəfəri sağ çıxardı - VİDEO

CƏMİYYƏT

14 Fevral 2023 | 09:52

Xilasedicilərimiz 51 nəfəri sağ çıxardı - VİDEO

Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 51 nəfəri sağ, 655 nəfərin cəsədini çıxarıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan FHN-in çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Nazirliyin xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 655 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.


Xilasedicilərimiz 51 nəfəri sağ çıxardı - VİDEOXilasedicilərimiz 51 nəfəri sağ çıxardı - VİDEOXilasedicilərimiz 51 nəfəri sağ çıxardı - VİDEOXilasedicilərimiz 51 nəfəri sağ çıxardı - VİDEOXilasedicilərimiz 51 nəfəri sağ çıxardı - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026