• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Nəqliyyat intellektual idarə olunurmu?

CƏMİYYƏT

16 Noyabr 2022 | 15:35

Nəqliyyat intellektual idarə olunurmu?

​​​​​​Xəbər verildiyi kimi, bu ilin əvvəlində  Prezident İlham Əliyevin fərmanı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakı Nəqliyyat Agentliyindən alınaraq Daxili İşlər Nazirliyinə verilib. Bəs ötən müddət ərzində nələr dəyişilib?

Bakıvaxtı.az-ın məlumatına görə, xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bununla bağlı bildirib ki, qurum əsasən sosial media hesabları vasitəsilə yollardakı vəziyyəti əks etdirən şəkillər paylaşır: "Və bir də radiodan istifadə edir. Vəssalam. Hansısa rəqəmsal həllər hələlik ortada yoxdur".

O.Gündüz NİİM əməkdaşlarının bu gün Ginnesin rekordlar kitabından nəsə paylaşdıqlarına diqqət çəkərək, bundan çox təəccübləndiyini deyib. Onun sözlərinə görə, ölkənin ən böyük İKT İdarəsi, ən böyük datalar DİN-nin əlindədir: "Yollardakı vəziyyətlə, svetoforlarla, trafiklə, kameralarla təminatla bağlı bu qurumda olan resurslar və data heç kimdə yoxdur. Belə olan halda, hansısa bir rəqəmsal həllər, trafiklər-tıxaclarla bağlı məlumatlandıran və kömək edən, tıxacdan çıxış üçün alternativlər təklif edən mobil tətbiqlər əvəzinə "Ginnes rekordları"nı təqdim etmək nə dərəcədə doğrudur. Düşünürəm ki, yetərincə resurslara və peşəkar kardlara, bu sahədə təcrübəyə malik olan DİN üçün bu tip yanaşmalar və "yola vermək" tipli addımlar doğru bir şey deyil. Əlbəttə, etiraf etmək lazımdır ki, keçmiş nazir Ziya Məmmədovun "yadigarı" olan, iflas olmuş 130 milyonluq layihədən DİN-ə miras qalan infrastruktur elə də işlək vəziyyətdə, modern vəziyyətdə olmaya bilər".

Bununla belə, AİF prezidenti o fikirdədir ki, DİN öz resurslarını da cəlb etməklə, "ağıllı svetoforlar"dan, yollardakı detektorlardan, DYP informasiyalarından əldə olunan data ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəqəmsal həllərini hazırlaya bilərdi: "NİİM qarşısına qoyulan vəzifələrin reallaşması istiqamətində DİN-dən gözləntilər çoxdur".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026