"Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri Şuşa-Xankəndi yolunda Azərbaycanın torpağında ekologiyamıza vurulan ziyana etirazını bildirmək üçün beçinci gündür ki, "Ekoloji terrora son" adlı aksiya keçirir. Biz də qeyri-hökumət təşkilatı olaraq bu aksiyada iştirak edirik".
Bunu Bakıvaxtı.az-a açıqlamasında "Soyqırım Həqiqətlərinin Tanıdılması" İB-nin sədr müavini Ayşən Fəxrəddinqızı bildirib.
O qeyd edib ki, aksiya iştirakçıları arasındakı ab-hava yüksək səviyyədədir: "İnsanlarımız soyuq havaya və yorğunluğa baxmayaraq yüksək əhval-ruhiyyə ilə bu aksiyada iştirak edirlər. Vətənimizin hər bir qarış torpağı, yerüstü və yeraltı sərvətləri bizim üçün çox dəyərlidir. Qadınlarımız, gənclərimiz bir an belə yorulmadan sülhməramlılarla üz-üzə dayanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının mədənlərdə rahat və müstəqil şəkildə monitorinq keçirməsini tələb edirik. Bu tələblərimiz yerinə yetirilənə qədər aksiyamız davam edəcək. Onu da qeyd edim ki, aksiya iştirakçıları üçün istilik, elektirik enerjisi və qidalanma yüksək səviyyədə təşkil olunub".
Ramid İbrahimov
















