• Bakı 16° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Baş Prokurorluqdan azyaşlı bacıların ölümülə bağlı AÇIQLAMA

CƏMİYYƏT

16 Noyabr 2022 | 16:07

Baş Prokurorluqdan azyaşlı bacıların ölümülə bağlı AÇIQLAMA

Sumqayıt Şəhər Prokurorluğunda azyaşlı bacıların ölümü ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, azyaşlıların qida zəhərlənməsindən ölməsi ehtimal edilir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Report"a verilən məlumata görə, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalar aparılır.

"Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək", - AQTA-dan bildirilib.

Xatırladaq ki, 2018-ci il təvəllüdlü və 2016-cı il təvəllüdlü qızlar valideynləri tərəfindən bu gün Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına aparılıb. Daha sonra onların öldüyü məlum olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026