“Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq təşkilatlarda güclü nüfuza malik olması TDT təşkilatının nüfuzuna da böyük töhfədir”.
Bunu Bakıvaxtı.az-a millət vəkili Məlahət İbrahimqızı bildirib.
Deputat qeyd edib ki, bugünlərdə ölkəmizin ictimai həyatı, eləcə də Türk dünyası üçün çox əlamətdar hadisə baş verdi:
“Belə ki, Türkiyə və Azərbaycanın Prezidentləri eyni zamanda qardaş Türkmənistana mühüm sazişlər etmək üçün səfər etdilər. Bu səfərin Türkmənistanın TDT-na üzv alınmasından həmən sonra keçirilməsi, görüşlərin Avaza şəhərində keçirilmədi özü siyasi əhəmiyyətinə görə bəzi diplomatik mənzərə yaratmışdı. Ümumiyyətlə qeyd etmək istərdim ki, Qarabağ zəfərindən sonra könül coğrafiyasında çox sürətli inteqrasiya prosesləri gedir. Eyni zamanda Türkiyə Azərbaycan arasında müttəfiqlik Bəyannaməsi bağlandıqdan sonra biz bunu daha çox görməyə başladıq. Möhtərəm Prezidentimiz neçə illərdir ki, Türk dünyası ilə ilişkilərin çox möhkəmlənməsi yolunda çox əhəmiyyətli və konkret addımlar atıb. Azərbaycanın xarici siyasət kursunda Türk dünyasına yönəlik istiqamət sürətlə inkişaf edir. Zəfər savaşından sonra türk dövlətlərinin inteqrasiya prosesində Azərbaycan və Türkiyə bir növ lokomotiv rolundadır. Bu gün Çinin müəllifi olduğu Bir Kəmər Bir Qurşaq layihəsinin dünyanın həm geosiyasi, həm də iqtisadi xəritədə artan rolunu çox düzgün və uzaqgörənliklə dəyərləndirən Prezidentimiz Orta Dəhlizdə strateji mövqe tutmaq üçün Mərkəzi Asiya dövlətləri ilə münasibətlərə xüsusi diqqət edir”.
Parlamentari bildirib ki, İlham Əliyevin Özbəkistana səfəri zamanı ölkəmizin bu platformada yüksək mövqeyə sahib olması bir daha sübut olundu:
“Dekabrın 14-də Türkmənbaşı şəhərində liderlər İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşü də türk birliyi siyasətində mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycan-Türkiyə-Türkmənistan arasında imzalanan sənədlər də bu dövlətlərin gələcək münasibətlərində müttəfiqliyə doğru gedən uğurlu yol adlandırmaq olar. Sözsüz ki, bu səfər təkcə bu üç ölkə arasındakı dostluq və qardaşlığa deyil, bütövlükdə bütün türk xalqları üçün ciddi töhfədir. Ümumiyyətlə səfər çərçivəsində keçirilən görüşlərdə Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri strateji müttəfiqlik səviyyəsindədir. Prezidentimiz qardaş Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsinə xüsusi vurğulayaraq, münasibətlərin strateji müttəfiqlik səviyyəsində olduğunu vurğulayıb. Bununla bərabər ölkə başçısı Azərbaycan-Türkmənistan əlaqələri haqqında danışaraq, 2017-ci ildə Türkmənistan ilə qəbul olunmuş strateji tərəfdaşlıq haqqında Bəyannaməni yüksək dəyərləndirib, ölkələrimizin beynəlxalq tədbirlərdə, eləcə də, BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər nüfuzlu təsisatlar çərçivəsində bir-birini dəstəklədiklərini diqqətə çatdırıb. İqtisadi əməkdaşlıqdan danışan Prezident İlham Əliyev 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin 45 faiz artaraq 5 milyard dollara çatdığını, Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırıldığını deyib və cari ildə Türkmənistan ilə ticarət dövriyyəsinin 5 dəfə artdığını söyləyib”.
M. İbrahimqızının sözlərinə görə, dövlətimizin başçısı çıxışında respublikamızın önəmli tranzit ölkəyə çevrildiyini və bunun fonunda Azərbaycan, Türkiyə və Türkmənistanın nəqliyyat-logistika sahəsində böyük uğurlar qazandığını qeyd edib:
“Eyni zamanda, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində görülən işlərə toxunaraq, 2024-cü ildə tamamlanması gözlənilən bu nəqliyyat dəhlizinin əhəmiyyətli dərəcədə imkanlar yaradacağını bildirib. Fəxrlə deməliyik ki, Azərbaycan həm Türkiyə ilə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədə qurub. Bir daha xüsusi vurğulamaq istəyirəm ki, Türkiyə ilə keçən il imzalanan Şuşa Bəyannaməsi iki dövlət arasında münasibətləri strateji müttəfiqlikdən də yüksək səviyyəyə çatdırıb. Eyni zamanda, 2017-ci ildə Azərbaycanla Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdı. Ümumiyyətlə, tarixi bağlar, eləcə də dini, kultural, etnik cəhətdən eyni kökə malik olduğumuz da qurulmuş Türk Dövlətləri Birliyi çərçivəsində ölkələr arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük imkanlar yaranıb və Azərbaycan bu zəncirdə böyük əhəmiyyətə malikdir. Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatında küçirilən görüş qardaş ölkələr arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə vermiş olacaq. Bu prosesdə həm Möhtərəm Prezidentimizin, həm Türkiuə Prezidentinin düzgün siyasi və istiqamətverici liderlikləri onların könül coğrafiyamızda böyük nüfuzunu göstərir. Xüsusi qeyd etmək istərdim ki, Azərbaycan-Türkiyə arasında olan ayrılmaz müttəfiqlik Orta Asiyada yerləşən türk dövlətləri üçün də Avropa ölkələri ilə əməkdaşlıq üçün böyük fürsətdir. Vacib məqamlardan biri də ölkəmizin getdikcə artan iqtisadi imkanları və siyasi qüdrətindən və beynəlxalq aləmdəki nüfuzundan irəli gələn güclü bütün beynəlxalq tədbirlərdə açıq-aydın sezilir. Əlbəttə bu ciddi siyasi iradəyə malik möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi qətiyyətli, uzaqgprən və müdrik siyasətin nəticəsidir.
Sözsüz ki, bütün qeyd edilənlər, eləcə də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin beynəlxalq təşkilatlarda güclü nüfuza malik olması TDT təşkilatının nüfuzuna da böyük töhfədir”.
Nuranə Daxilqızı
















