• Bakı 25° C

    5.99 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Oktyabrda Türkiyədə mənzil alanların sayı

CƏMİYYƏT

16 Noyabr 2022 | 15:20

Oktyabrda Türkiyədə mənzil alanların sayı

Ötən ay Türkiyədə xarici ölkə vətəndaşlarının aldığı mənzillərin sayı açıqlanıb.

Bakıvaxtı.az Türkiyə Statistika Qurumuna istinadən xəbər verir ki, Azərbaycan vətəndaşları bu siyahıda onuncudur. Belə ki, oktyabr ayında Azərbaycan vətəndaşları qardaş ölkədə 99 mənzil alıblar.

Rusiya vətəndaşlarından Türkiyədə mənzil alanların sayı isə kəskin artıb. Ruslar bu siyahıda birinci pillədədir (2023 mənzil). İran vətəndaşları 498 mənzillə ikinci, İraq vətəndaşları isə 310 mənzil sayı ilə üçüncü yerdədir.

Ümumilikdə ötən ay ərzində xarici ölkə vətəndaşları Türkiyədən 5 min 377 mənzil alıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR