• Bakı 34° C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Səhiyyə nazirini əvəz edən Teymur Musayev KİMDİR?

CƏMİYYƏT

23 Aprel 2021 | 17:33

Səhiyyə nazirini əvəz edən Teymur Musayev KİMDİR?

Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Teymur Yusif oğlu Musayev Azərbaycanın səhiyyə nazirinin birinci müavini təyin edilib və dövlət başçısının digər sərəncamı ilə səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də ona tapşırılıb.

Bakıvaxtı.az xəbər verir ki, T.Musayev 1987-94-cü illərdə ATU-da tibb təhsili alıb. O, 2003-2004-cü illərdə Strastburq Universitetində Laparoskopik cərrahiyyə ixtisası üzrə biliyini artırıb. 2013-15-ci illərdə isə RISEBA və Riga Stradins Universitetində təhsilini magistr səviyyəsində davam etdirib.

T.Musayev bu təyinatadək Səhiyyə Nazirliyində Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edib.


SON XƏBƏRLƏR

15 Iyul 2025