• Bakı 24° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Səlahiyyətlilərdən daşqın xəbərdarlığı

DÜNYA

03 Yanvar 2024 | 20:12 | Müəllif: Subhan Mahmudov

Səlahiyyətlilərdən daşqın xəbərdarlığı

Alman mətbuatında yer alan xəbərə görə, səlahiyyətlilər Aşağı Saksoniya, Şimali Reyn-Vestfaliya (NRW), Saksoniya-Anhalt və Türingiya əyalətlərində baş verə biləcək daşqınlar barədə ictimaiyyətə xəbərdarlıq edib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Aşağı Saksoniya əyalətinin daxili işlər naziri Daniela Berens deyib ki, daşqınla mübarizədə hələ qarşıda çətin günlər var.

Sel təhlükəsi olan bölgələrdə suyun səviyyəsinin yüksəldiyinə diqqət çəkən Behrens seldən təsirlənmə ehtimalı olan bölgələrdə yaşayanlara diqqətli olmaları barədə xəbərdarlıq edib.

Gecə davam edən şiddətli yağış və küləkdən sonra Aşağı Saksoniya və Bremen əyalətlərinin bir hissəsində suyun səviyyəsi kritik vəziyyətdədir və daşqınlar mümkündür. Aşağı Saksoniyadakı su departamenti bir çox çaylarda suyun səviyyəsinin 3-cü səviyyəyə yüksəldiyini, bunun da böyük daşqın riski olduğunu bildirib. 

Dövlət Təbiət, Ətraf Mühit və İstehlakçıların Hüquqlarının Müdafiəsi Departamenti KRV əyalətində çaylarda suyun səviyyəsinin yenidən qalxacağını gözlədiyini açıqlayıb və daşqın təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Almaniya Meteorologiya İdarəsi yaxın günlərdə ölkənin bir çox bölgəsində güclü yağışın gözlənildiyini açıqlayıb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026