• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Səmərqənddə Bayannamə qəbul ediləcək

DÜNYA

15 Sentyabr 2022 | 13:39

Səmərqənddə Bayannamə qəbul ediləcək

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinin yekunlarına əsasən Səmərqənd Bəyannaməsi qəbul ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu ŞƏT-in Baş katibi Çjan Min sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək sammit ərəfəsində verdiyi müsahibə zamanı deyib.

“Səmərqənd Bəyannaməsi ŞƏT-in beynəlxalq siyasət, iqtisadiyyat və bir sıra digər aspektlər üzrə mövqeyinə dair əhatəli siyasi bəyannaməyə çevriləcək”, - o bildirib.

Ç.Minin sözlərinə görə, builki sammitdə təşkilatın 2023-2027-ci illər üçün planı, “Bir kəmər, bir yol” layihəsi də müzakirə olunacaq.

Son üç ildə ilk dəfə əyani formatda keçiriləcək sammitdə ŞƏT-ə üzv dövlətlərin, üç müşahidəçi dövlət - Belarus, İran və Monqolustanın, həmçinin dəvət olunmuş üç dövlət Azərbaycan, Türkmənistan və Türkiyənin liderləri iştirak edəcək.

Tədbirdə Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilsə də, dünən onun səfərinin ləğv edildiyi məlum olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026