Bayden administrasiyası Ukraynaya yeni 725 milyon dollarlıq silah və digər hərbi yardım paketi göndərir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.
Qeyd olunub ki, yeni paket HIMARS kimi tanınan Yüksək Hərəkətli Artilleriya Raket Sistemləri üçün mərmilərdən ibarətdir. ABŞ artıq Ukraynaya 20 HIMARS göndərib və yaxın illərdə daha 18 ədəd tədarük edəcəyinə söz verib.
Yardım elanı bu həftə bir sıra müttəfiqlərin öhdəliklərini əhatə edir. Son iki gündə bir-birinin ardınca irili-xırdalı ölkələr Ukrayna müharibəsinə yeni töhfələrini təfərrüatlı şəkildə açıqlayıb və bu, Avropa ölkələrinin Moskvanın növbəti hədəf ola biləcəyinə dair davamlı qorxularını vurğulayır.
Aytac Aslan
















