May ayının 7-də saat 17:50 radələrində Şəmkir rayon sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək tanışı Arzu Cabbarovun onu təhqir edərək döydüyünü bildirib və kömək istəyib.
DİN regional mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə gələrkən həmin qadın ilə A. Cabbarovun mübahisəni davam etdirdiklərini gördükdə vətəndaş A. Cabbarov ilə profilaktik söhbətlər apararaq onu sakitləşdirməyə çalışıblar.
Lakin A. Cabbarov öz aqressiv hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə tabe olmayıb, evin qapısındakı pəncərənin şüşəsini sındıraraq şüşə ilə sol qolunun dirsək bükümünü kəsib.
Polis əməkdaşları dərhal ona ilkin tibbi yardım göstərərək Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Arzu Cabbarov dərhal əməliyyat edilsə də, vəfat edib.
Hazırda fakt Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun diqqətindədir, araşdırmalar davam etdirilir.
***
7 may, saat 23:45
Şəmkirdə özünə xəsarət yetirən şəxs xəstəxanada dünyasını dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, həkimlərin səyinə baxmayaq qolun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanya yerləşdirilən 1968-ci il təvəllüdlü A. Cabbarovun həyatının xilas etmək mümkün olmayıb.
Onun hansı səbəbdən özünə xəsarət yetirməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
***
22:55
Şəmkir rayonunda 54 yaşlı kişi özünə xəsarət yetirib.
Bakıvaxtı.az “Report”a istinadən xəbər verir ki, hadisə Şəmkir şəhər ərazisində qeydə alınıb.
Rayon sakini, 1968-ci il təvəllüdlü A.Cabbarov kəsici alətlə qol nahiyəsindən özünə ağır dərəcədə xəsarət yetirib.
O ağır vəziyyətdə xəstəxanaya yerləşdirilərək əməliyyat otağına aparılıb.
Hadisənin səbəbləri hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.
















