Şəmkirdə minik maşını aşıb, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Bakıvaxtı.az "Unikal"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedec" markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 2 nəfər hadisə yerində ölüb, 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
















