Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, hadisə Şəmkir Gədəbəy avtomobil yolunun rayonun Yasamal adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində 1999-cu il təvəllüdlü Fəxri Adilzadə, 2001-ci il təvəllüdlü Günel Əliyeva və 1970-ci il təvəllüdlü Xanım Əliyeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.