• Bakı 22° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Sumqayıt bulvarında dənizdən meyit tapılıb - YENİLƏNİB

HADİSƏ

20 Avqust 2024 | 17:19 | Müəllif: Əli Hüseynov

Sumqayıt bulvarında dənizdən meyit tapılıb - YENİLƏNİB

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində dənizdə suyun üzərində bir nəfər kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

17:02

Sumqayıtda dənizdən meyit tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Sumqayıt bulvarında qeydə alınıb.

Meyiti tapılan şəxsin bir neçə gün öncə dənizdə batdığı ehtimal olunan kişi olduğu bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026