• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Sənədi etibarsız olan quruma nə ehtiyac var?" - Daha bir deputat ETİRAZ ETDİ

SİYASƏT

24 Noyabr 2021 | 11:52

"Sənədi etibarsız olan quruma nə ehtiyac var?" - Daha bir deputat ETİRAZ ETDİ

"Mən başa düşmürəm, sənədi etibarsız olan quruma nə ehtiyac var?!" 

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında bələdiyyələrin fəaliyyətindən danışarkən  deyib. 

Deputat dövlət qurumlarının bəzilərində bələdiyyə sənədinin etibarsız olduğunu diqqətə çatdırıb. 

Millət vəkili bələdiyyələrin fəaliyyətini qınayaraq, gələcəkdə Milli Məclisin mərkəzləşməyə qarşı olmasının zəruriliyini bildirib. 

Fazil Mustafa  bələdiyyələrin konstitusiyaya dəyişiklik edilməsi ilə parlamentə hesabat verməsinin absurd, lazımsız olduğunu  qeyd edib. 

Parlamentin sədr müavini Əli Hüseynli isə konstitusiyaya dəyişiklik edilməsinin doğru olmadığını bildirib. 

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR