• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürüldü

CƏMİYYƏT

12 Dekabr 2023 | 19:11 | Müəllif: Subhan Mahmudov

Sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürüldü

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi, eləcə də könüllü təhvil verilməsi ilə istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, son iki gün ərzində rayon ərazisində aparılan tədbirlər nəticəsində bir nəfər Öyləqulu kənd sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb.

Bundan əlavə, 3 nəfər rayon sakini isə qanunsuz olaraq saxladıqları odlu silahlarını könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026