Türkiyəli məşqçi Sergen Yalçın "Fənərbaxça"nın çalışdırıcısı Joze Mourinyonun Türkiyəyə gəlməyinə peşman olması ilə bağlı verdiyi açıqlamaya münasibət bidlirib.
Bakıvaxtı.az qol.az-a istinadən xəbər verir ki, Mourinyo Superliqanın 10-cu turunda səfərdə "Trabzonspor"a qalib gəldikləri matçdan (3:2) sonra keçirilən mətbuat konfransında Türkiyənin futbol sistemini sərt tənqid edib. O, "Fənərbağça"ya qarşı hakim qərəzi olduğunu bildirib:
"Ancaq biz sistemə qarşı oynayırıq. Bunları söyləyərkən bütün "Fənərbağça" azarkeşləri adından danışıram. Ona görə də coşqulu bir bayram etdik. Mənə bura gəlməzdən əvvəl hekayənin yarısını danışmışdılar. Hamısını danışsaydılar, Türkiyəyə gəlməzdim"
Sergen Yalçın isə "Ekol TV"dəki çıxışı zamanı Mourinyonun bu sözlərinə cavab olaraq bildirib: "Cənab, daha yaxşı variantınız olsaydı, onsuz da bura gəlməzdiniz. Məsələn, "Milan" filan istəsəydi, soruşaram ki, ora getməz, bura gələrdiniz? "Bilsəm, bura gəlməzdim" cümləsi məni narahat edir. Bu, "Fənərbağça" azarkeşlərini də narahat edib. Gəldiyin yer dünyanın ən gözəl şəhərlərindən biridir, İstanbula gəlmisən.
Bundan əlavə, milyonlarla avro qazanırsınız. İstanbulun ən gözəl otelində qalırsınız... Düz deyirəmmi, bilmirəm, Türkiyənin ən böyük klublarından birinə, milyonlarla azarkeşi olan komandaya gəlmisən. Yəqin ki, bura gəlməyi zəhmət olub, gəlib. O zaman "hoca"ya "üzr istəyirəm" deyək".