• Bakı 28° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Serxi Roberto "Fiorentina"ya keçə bilər

İDMAN

12 Avqust 2024 | 09:18

Serxi Roberto "Fiorentina"ya keçə bilər

İspaniyanın "Barselona" klubunun sabiq kapitanı Serxi Roberto İtaliya təmsilçisi "Fiorentina"ya keçə bilər.

Bakıvaxtı.az "Relevo"ya istinadən xəbər verir ki, Florensiya klubu 32 yaşlı futbolçunu azad agent kimi transfer etmək niyyətindədir.

Roberto Kataloniya təmsilçisində keçirdiyi 13 mövsümdən sonra komandadan ayrılıb.

O, yeddi dəfə La Liqanın, altı dəfə ölkə kubokunun və beş dəfə İspaniya Superkubokunun qalibi olub.

Bununla yanaşı müdafiəçi "Barselona"nın heyətində iki dəfə Çempionlar Liqası, UEFA Superkubokunu və klublararası dünya çempionatını da qazanıb.

Qeyd edək ki, oyunçu "Barselona" forması ilə 373 oyunda 19 qol və 43 məhsuldar ötürmə ilə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026