• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Severodonetskin 20 faizi geri alındı" - Luqansk qubernatoru

DÜNYA

04 Iyun 2022 | 09:22 | Müəllif: Qalib İbrahimoğlu

"Severodonetskin 20 faizi geri alındı" - Luqansk qubernatoru

 

Luqansk qubernatoru Sergey Qayday Ukrayna ordusunun ölkənin Luqansk vilayətinin Severodonetsk şəhərinin 20 faizini geri aldığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatına istinadən bildirir. Qubernator Rusiya ordusunun bundan əvvəl Severodonetsk şəhərinin 70 faizini tutduğunu, şəhərin 20 faizinin isə Ukrayna ordusu tərəfindən geri alındığını vurğulayıb.

Qayday açıqlamasında “İngiltərə kəşfiyyatının proqnozlaşdırdığı kimi, Rusiya ordusu bölgəni 2 həftə ərzində ələ keçirə bilməyəcək. Rusiya ordusu rayon mərkəzində xeyli itki verir" - deyib.

Onun sözlərinə görə, lakin Ukraynaya düşməni dəf etmək üçün uzaqmənzilli artilleriya lazımdır.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026